Dəmir yumruq » Cəmiyyət » Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir
Cəmiyyət / 23-02-2026, 15:09

Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir

 

Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb.
 
Demiryumruq.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, ötən ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilən Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi də yer alıb.
 
İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür. Sahib Məmmədov vurğulayıb ki, bəzi iş yerləri var ki, orada rejimin dəyişdirilməsi mümkün olmayacaq.
 
Hələlik isə bununla bağlı konkret addım atılmayıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.