Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Əsgər yaxınlarının nəzərinə!
Cəmiyyət / 12-02-2026, 16:02

Əsgər yaxınlarının nəzərinə!

 

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcək.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara - valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.
 
Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.