Dəmir yumruq » Cəmiyyət » "Patron" tumları almayın! - Zəhərlənə bilərsiniz
Cəmiyyət / 12-02-2026, 08:04

"Patron" tumları almayın! - Zəhərlənə bilərsiniz

Paytaxtda yerləşən marketlərin birindən "Vəkiloğlu” MMC-yə məxsus Patron tumları alan vətəndaş məhsuldan narazı qaldığını bildirir.

Şikayətçinin sözlərinə görə, o, tumları yeyərkən əksəriyyətinin acı dad verdiyini və köhnə olduğunu hiss edib. Bir müddət sonra vətəndaşın halı pisləşib, ürəkbulanma başlayıb və özünü yaxşı hiss etməyib. Yaranan narahatlıq səbəbindən o, əczaxanaya müraciət etmək məcburiyyətində qalıb. Mədə narahatlığına görə dərman qəbul etdikdən sonra vəziyyəti nisbətən yaxşılaşıb.

Vətəndaş iddia edir ki, halının dəyişməsi və yüngül zəhərlənmə keçirməsi məhz aldığı patron tumları ilə bağlı olub.
Manset.az şikayətlə bağlı "Vəkiloğlu" MMC-yə sorğu ünvanlayıb. Sorğunu şirkətin Marketinq departamentinin rəhbəri Elvin Nasir cavablandırıb:
"Zaman-zaman belə şikayətlər ola bilər. Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər. Ola bilər ki, həmin şəxs bizim məhsuldan deyil, başqa məhsuldan da ürəkbulanma keçirib. Patron tumlarının tərkibində kimyəvi maddələr yoxdur. Biz hər zaman mediaya açıq olmuşuq. Ünvanlanan istənilən sualı cavablaya bilərik". /Manset.az

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.