İmişli sakinləri və yaxın ətraf rayonlarının sürücüləri İmişli rayon Polisi İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Nizaməddin adlı əmçkdaşdan şikayətçidir.
Demiryumruq.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində paylaşılıb.
İddialara görə, DYP əməkdaşları İmişlidə yaşayan və rayonun mal bazarına üz tutan sürücüləri qeyri-qanuni şəkildə istədikləri zaman saxlayaraq, incidirlər. Əsassız mübahisələr zamanı, əsasən mal bazarına gələn sürücülərdən haq tələb edən DYP əməkdaşı Nizaməddin adlı şəxs (552 nömrəli yol patrul xidməti avtomobilini idarə edən)
kobud davranışları sürücülərlə davaya qədər gətirib çıxarıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayırıq. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoruna sorğu ünvanlayıb bu barədə mübasibət bildirməyin xahiş edirik.
İmişli mal bazarına gələn sürücülərə haqq qoyan öz yazdığı qanunlarla rəftar edən Nizaməddin bəyə kim yerini göstərərək, əsil polis necə olduğunu, dövlətə, xalqa, vətənə necə xidmət göstərəcıyinizi öyrədəcək.
İmişli DYP rəisi bu barədə ən azından araşdırma aparmasını, əməkdaşının nə işlə məşğul olduğunu öyənmısini, 552 nömrəli Yol patrul avtomobilinin İgün ərzində mişlidə mal bazarında xidmət göstərməsinə aydınlıq gətirəcəyinə inanırıq.
“ DYPŞ-nin əməkdaşları xidməti fəaliyyətlərini qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edərək, şəhər ərazisində hərəkətin təhlükəsizliyini təmin etmək üçün müvafiq profilaktik-monitorinq xarakterli tədbirlər həyata keçirirlər. İstər vətəndaş, istərsə də jurnalistlər adları çəkilən əməkdaşların xidmətlərində hansısa neqativ hal aşkarlayarsa bununla bağlı DİN-ə müraciət edə bilərlər. Həmin şəxslər əmin olsunlar ki, bütün müraciətlər kimi, onların da müraciəti qanun çərçivəsində araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək”.


Qarşı tərəfin mövqeyin paylaşmağa hazırıq.
Mövzuya qayıdacağıq..