Dəmir yumruq » Cəmiyyət » Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət / Bugün, 16:11

Küləklə bağlı - Xəbərdarlıq

 

Milli Hidrometeorologiya Xidməti fevralın 1-i və 2-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.
 
Demiryumruq.az xəbər verir ki, xəbərdarlıq Azərbaycanın geniş bir hissəsini, o cümlədən qərb, şimal və cənub bölgələrini əhatə edir.
 
Məlumata görə, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.