














5-8 may 2026 cı il tarixlərində keçirilən “Caspian Agro Week” çərçivəsində təşkil olunan 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, eləcə də “InterFood Azerbaijan” sərgisində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq iştirak edib.
Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ANİİA-nın stendinə baxış keçirib.
Sərgi çərçivəsində narçılıq sektorunun inkişaf perspektivləri, ixrac imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətində bir sıra məhsuldar B2B görüşlər və işgüzar müzakirələr həyata keçirilib. Görüşlər zamanı Assosiasiyanın fəaliyyəti, ölkəmizdə nar istehsalının mövcud potensialı və ixrac imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, dövlət-özəl sektor tərəfdaşlığının narçılığın davamlı inkişafındakı rolu, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri xüsusi diqqət mərkəzində olub.
Tədbirin yüksək səviyyədə təşkilinə və kənd təsərrüfatı sahəsinə göstərilən davamlı diqqətə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və sərgi təşkilatçılarına, xüsusilə Caspian Event Organisers şirkətinə minnətdarıq bildirilib. Narçılığın inkişafına göstərilən diqqət və dəstək, bu sahəyə verilən dəyər onun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.