Dəmir yumruq » Tədbir » WUF13 Festivalı ictimai proqramla yekunlaşdı - Fotolar
Tədbir / Bugün, 17:17

WUF13 Festivalı ictimai proqramla yekunlaşdı - Fotolar

 

 

Bu gün Lənkəran şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
 
Demiryumruq.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rəsmi şəxslərin və şəhər ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.
 
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
 
Həmçinin, WUF13 və şəhərsalma mövzularında, eləcə də Lənkəranın memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.
 
9000-dən çox iştirakçının qatıldığı proqram böyük maraqla qarşılanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.