"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".
Demiryumruq.az xəbər verir ki, bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib.
Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib: "Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".
"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib: "Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin!".