






*Bəxtiyarı olan xalq, əslində, öz ziyalısını tanıyan xalqdır*
Əziz qonaqlar, hörmətli müəllimlər və dəyərli tələbələr!
Sizi səmimi qəlbdən salamlayırıq. Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş böyük söz ustadı, ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı sərəncama uyğun olaraq, yubiley tədbirləri respublikanın hər yerində həyata keçirilir.
Bu önəmli mədəni hadisəyə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci də qoşularaq, "Bəxtiyarı olan xalq bəxtiyardır" adlı tədbiri təşkil etmişdir. Kollektiv olaraq belə bir şəxsiyyətin yubileyini qeyd etməyi həm şərəfli, həm də borc bilirik.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanır. Ardınca Vətən uğrunda canından keçmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Ruhları qarşısında baş əyirik.
***
Daha sonra tədbirin rəsmi hissəsi davam edir. Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev qonaqları və iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışır.
Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir böyük maraqla qarşılanıb. Dərin mənalı şeirləri, milli ruhu tərənnüm edən əsərləri ilə yadda qalan şair yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının da sevilən söz ustadıdır.
Tədbir zamanı Bəxtiyar Vahabzadənin ömür yolu və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. İştirakçılar çıxış edərək onun ədəbi irsindən, xalqımızın maariflənməsində və milli dəyərlərin qorunmasında oynadığı roldan bəhs ediblər.
Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilən Bəxtiyar Vahabzadə həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “türk dünyasının böyük şairi” kimi dəyərləndirilib.
Öz ömrünü vətənə, milli ideallara və ədalətə həsr edən şair, müstəqil Azərbaycan dövləti yolunda əqidəsinə daim sadiq qalıb. O, dilimizin saflığı, ədəbiyyatımızın zənginliyi və xalqımızın birliyi uğrunda yorulmadan mübarizə aparan fikir adamlarından biri kimi tarixə düşüb.
Tədbirdə şairin bu dərin mənalı misrası da səsləndirilib:
“Yaşamaq – yanmaqdır, yanasan gərək,
Qeyd edək ki, Bəxtiyar Vahabzadə yalnız doğma Azərbaycanda deyil, bütün türk dünyasında sevilən, dəyərli və təsirli qələm sahiblərindən biri kimi tanınır. O, 1925-ci il avqustun 16-da Şəki şəhərində dünyaya gəlmişdir və zəngin yaradıcılığı ilə xalqının yaddaşında silinməz iz qoymuşdur.
Şamın yaşaması – yanmağındadır,
Şam yanmırsa, demək, yaşamır demək!”**
Bəxtiyar Vahabzadə kimi böyük söz ustadına sahib olmaq hər bir xalq üçün fəxrdir.
Zəka Göyçaylı, Bölgə müxbiri