Dəmir yumruq » Sosial » Azərbaycanda pensiyaların orta MƏBLƏĞİ ARTIB
Sosial / 28-08-2026, 12:23

Azərbaycanda pensiyaların orta MƏBLƏĞİ ARTIB

 

 

Azərbaycanda aylıq pensiyaların orta məbləği artıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qeyd olunub ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594.4 manata çatıb. Ortaaylıq pensiyanın məbləği ölkə üzrə ortaaylıq əməkhaqqının 50.6 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların ümumi sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

2025-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 103 min 300 pensiyaçı qeydiyyatda idisə, 2026-cı il iyulun 1-nə bu rəqəm 1.1 milyon olub. Hazırda pensiyaçılar ölkə əhalisinin 10.7 faizini təşkil edir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.