Dəmir yumruq » Sosial » Sosial ödənişlərlə bağlı ƏHALİNİ SEVİNDİRƏCƏK XƏBƏR
Sosial / Bugün, 07:41

Sosial ödənişlərlə bağlı ƏHALİNİ SEVİNDİRƏCƏK XƏBƏR

 

Qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Demiryumruq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bununla da mart ayının bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb.

Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.