Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev: Gələn illərdə Avropa İttifaqı ilə ticarətin həcmi artacaq
Siyasət / 8-03-2023, 13:12

Prezident İlham Əliyev: Gələn illərdə Avropa İttifaqı ilə ticarətin həcmi artacaq

Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarətin həcmi artacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında ifadə edib.

Dövlətimizin başçısı bildirib ki, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynayıb. “Bu, o cümlədən Azərbaycan ilə NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.