Prezident: Birgə layihələr Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb
Azərbaycan və Bolqarıstan arasında hazırkı əməkdaşlığın əsas mövzularından biri enerji sahəsinə aiddir.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən deyib.
Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunan Azərbaycan Prezidenti enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümid etdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, birgə layihələrin həyata keçirilməsi Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradıb.