Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti seçilməsi münasibətilə təbrik edib
Siyasət / 6-03-2023, 15:35

Prezident İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir: “Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Dövlətimizin başçısı vyetnamlı həmkarına dost Vyetnam xalqının rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.