Xəbər lenti
Dəmir yumruq » Siyasət » Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsağlığı verib
Siyasət / 3-03-2023, 16:34

Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev qatar qəzası ilə əlaqədar Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, Yunanıstanda baş verən dəmir yolu qəzası nəticəsində 57 nəfər həlak olub, onlarla sərnişin isə itkin düşmüş sayılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.