Xəbər lenti
Dəmir yumruq » Siyasət » Ordumuzun hərbi tibb personalı Türkiyədə 71 cərrahi əməliyyat icra ediblər
Siyasət / 23-02-2023, 06:50

Ordumuzun hərbi tibb personalı Türkiyədə 71 cərrahi əməliyyat icra ediblər

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyətini davam etdirir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyətimiz tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin xəsarət alan 49 nəfər müayinə edilib.

Hərbi həkimlərimiz bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib.

Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmotoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.