Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu təbrik edib
Siyasət / 23-02-2023, 06:36

Prezident İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin İmperator Naruhitoya ünvanladığı məktubda deyilir: “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.

Azərbaycan Prezidenti İmperator Naruhitoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Xatırladaq ki, Yaponiya İmperatoru Naruhitonun 63 yaşı tamam olur. O, 2019-cu il mayın 1-də taxta çıxıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.