Dəmir yumruq » Siyasət » “Hürriyet” qəzeti Azərbaycan Prezidentinin Münxen Konfransındakı çıxışından yazıb
Siyasət / 21-02-2023, 06:43

“Hürriyet” qəzeti Azərbaycan Prezidentinin Münxen Konfransındakı çıxışından yazıb

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdakı çıxışı ilə bağlı məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Gürcüstanın və Ermənistanın baş nazirlərinin də iştirak etdikləri iclasda Azərbaycan Prezidentinin “Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər” sözləri oxucuların diqqətinə çatdırılıb.

Yazıda dövlətimizin başçısının iclasda Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı fikirlərinə də yer verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.