Xəbər lenti
Dəmir yumruq » Siyasət » Sülhməramlıların 5 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb
Siyasət / 12-02-2023, 07:51

Sülhməramlıların 5 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Həmişə olduğu kimi, ekoaksiyanın 63-cü günündə də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətində hərəkət edən sülhməramlılara məxsus 1 minik, 4 təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.