Xəbər lenti
Dəmir yumruq » Siyasət » Milli Məclis Prezidentin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub
Siyasət / 10-02-2023, 14:51

Milli Məclis Prezidentin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına Milli Məclis də qoşulub.

Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.