Xəbər lenti
Dəmir yumruq » Siyasət » Səfir: Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-nin daimi üzvü olması məsələsi yaxşı təklifdir
Siyasət / 7-02-2023, 17:03

Səfir: Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-nin daimi üzvü olması məsələsi yaxşı təklifdir

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi fəal iş aparır. Konqo Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirən diplomat Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.