Xəbər lenti
Dəmir yumruq » Siyasət » Səfir: Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir
Siyasət / 7-02-2023, 16:59

Səfir: Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir

Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edən səfir Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını diqqətə çatdırıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.