Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev: Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb
Siyasət / 6-02-2023, 16:03

Prezident İlham Əliyev: Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı söyləyib.

Dövlətimizin başçısı həlak olanlarla bağlı başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.