Xəbər lenti
Dəmir yumruq » Siyasət » Hulusi Akar: Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək
Siyasət / 5-02-2023, 06:55

Hulusi Akar: Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək

Dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm prezidentlərimizin yaratdıqları çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.

Zəngəzur dəhlizinin, ondan keçəcək dəmir və avtomobil yollarının region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox əhəmiyyətli olduğunu vurğulayan nazir deyib: “Ermənistanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini tutmaq vacibdir. Başqalarının təsirinə məruz qalaraq xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Uyğun şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.