Xəbər lenti
Dəmir yumruq » Siyasət » Azərbaycan Prezidenti: Qarşıdakı illərdə yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik
Siyasət / 3-02-2023, 15:08

Azərbaycan Prezidenti: Qarşıdakı illərdə yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik

Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: “İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.