Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib
Prezident İlham Əliyev “Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə 7 nəfər “Tərəqqi” medalı, 4 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır