Dəmir yumruq » Siyasət » Litvadakı soydaşlarımız Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyiblər
Siyasət / 29-01-2023, 17:10

Litvadakı soydaşlarımız Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyiblər

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş xain terror hücumu Litvada yaşayan soydaşlarımızı da hiddətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.

Soydaşlarımız Litva ictimaiyyətinə və beynəlxalq birliyə bu terror hadisəsinə qarşı sərt etiraz bildirməyə çağırış ediblər. Bəyanatda, həmçinin regionda sülh və sabitlik əleyhinə yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.