Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub
Yanvarın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır