Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
Siyasət / 27-01-2023, 02:36

Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Mariya Viktoriya Romero Kabalyero etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında coğrafi məsafənin uzaq olmasına baxmayaraq, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirdi.

Səfir də ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu imkanların mövcudluğunu qeyd etdi, xüsusilə enerji, investisiyalar, elm, təhsil və digər sahələrdə geniş potensialın olduğunu vurğuladı.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunuldu. Səfir Meksikanın Qoşulmama Hərəkatı yanında müşahidəçi dövlət olaraq Azərbaycanın Hərəkatın sədri kimi təşəbbüslərini izlədiyini və ölkəsinin “Cənub-Cənub” əməkdaşlıq prosesini dəstəklədiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini qeyd edərək, ölkəmizin Hərəkatın sədri olaraq onun təsisatlanması istiqamətində, o cümlədən Hərəkatın Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması təşəbbüsləri ilə çıxış etdiyini bildirdi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.