İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
Yanvarın 24-də Özbəkistanın Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edir.
İclasda iqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmən Azərbaycana keçib və nazir Ceyhun Bayramov bununla bağlı çıxış edib.