Xəbər lenti
Dəmir yumruq » Siyasət » ABŞ-ın Yuta Ştatının Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib
Siyasət / 21-01-2023, 02:48

ABŞ-ın Yuta Ştatının Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatına səfəri çərçivəsində Konqresdə Senatın prezidenti Stüart Adams, Nümayəndələr Palatasının spikeri Brad Vilson və senator Maykl McKell ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşlərdə ABŞ və Yuta ştatı ilə ölkəmiz arasında ikitərəfli, xüsusilə də parlamentlərarası əlaqələrin inkişafı, habelə Azərbaycanın regionda artan nüfuzu, xarici siyasət prioritetləri və iqtisadiyyat sahəsində atdığı yenilikçi addımları barədə məlumat verilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra səfir X.İbrahim Senat və Nümayənədələr Palatasının sessiyalarında iştirak edib. Konqresin hər iki palatasında 20 Yanvar faciəsi, məşum hadisənin müasir Azərbaycan tarixindəki rolu və əhəmiyyəti, habelə ölkəmiz barədə amerikalı parlamentarilərə məlumat verilib.

Konqres Azərbaycan Respublikası ilə bağlı bəyanat qəbul edib. Sənəddə Azərbaycanın türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və qadınlara seçki hüququ verən ilk ölkə olduğu vurğulanıb. Habelə ölkəmizdə sülh şəraitində birgə yaşayışın və dinlərarası harmoniyanın ən yüksək səviyyədə təmin edildiyi, ABŞ və Yuta ştatı ilə Azərbaycan arasında sıx münasibətlərin mövcud olduğu, Azərbaycanın demokratiya və iqtisadi müxtəlifliyi təşviq etdiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.