Xəbər lenti
Dəmir yumruq » Siyasət » Erməni ekoloji terroruna etiraz olaraq Avropa Parlamentinin qarşısında dinc aksiya keçirilib
Siyasət / 16-01-2023, 02:47

Erməni ekoloji terroruna etiraz olaraq Avropa Parlamentinin qarşısında dinc aksiya keçirilib

Brüssel Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının birgə təşkilatçılığı ilə Avropa Parlamentinin qarşısında erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər.

Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Bu addımla diaspor fəalları Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin tələbləri ilə həmrəy olduqlarını bəyan ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.