Xəbər lenti
Dəmir yumruq » Siyasət » Azərbaycan Turizm Agentlikləri Assosiasiyası üzvlərinin sayı 130-u keçib
Siyasət / 11-01-2023, 20:48

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası üzvlərinin sayı 130-u keçib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) yeni üzvlərin qəbulu ilə bağlı toplantı keçirilib.

ATAA-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyəti tərəfindən keçirilən iclasda üzvlüklə bağlı müraciət edən 17 şirkət Assosiasiyaya yeni üzv seçilib. Bununla da ATAA üzvlərinin sayı 132 olub.

İclas zamanı üzvlük haqqının təyin olunması məsələsi də müzakirə edilib və İdarə Heyətinin təklifinə əsasən ATAA-ya üzv olan hər bir şirkət üçün illik 360 manat olmaqla üzvlük haqqı təyin edilib.

Toplantıda həmçinin 2022-ci ilin ikinci yarısında Assosiasiya tərəfindən görülən işlər haqqında məlumat verilib, eyni zamanda hava yolları şirkətləri ilə qiymət siyasətinin tənzimlənməsi, qeyri sağlam turizm fəaliyyətinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, hotellərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, turizm sənayesi nümayəndələri arasında sağlam rəqabət mühitinin yaradılması, eləcə də şengen vizaların alınması və bu istiqamətdə mövcud problemlər müzakirə olunub, təkliflər dinlənilib.

İclasda həmçinin bu ildən etibarən ATAA üzvlərinə üzvlük sertifikatlarının verilməsi, şirkətlər arasında etik davranış kodeksi qaydalarına riayət olunması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Toplantı çərçivəsində Gəlmə Turizm Komissiyasının və Getmə Turizm Komissiyasının gördüyü işlərə dair hesabatları dinlənilib.

İclasda İdarə Heyəti tərəfindən ATAA nəzdində Nizam İntizam Komissiyasının və Təftiş Komissiyasının yaradılması da qərara alınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.