Rusiya mətbuatı Azərbaycan Prezidentinin televiziya kanallarına müsahibəsindən yazıb
Rusiyanın federal mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS, “İnterfaks”, “Vestnik Kavkaza” agentlikləri, “Kommersant”, “Nwes.ru” və digər geniş auditoriyası olan nəşrləri Azərbaycan liderinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı fikirlərini oxucularına çatdırıb.
Materiallarda Prezident İlham Əliyev Zəngəzur, Şimal-Cənub dəhlizlərinin iqtisadi əhəmiyyəti, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonrakı qeyri-konstruktiv siyasəti, Laçın dəhlizi ətrafında baş verənlərlə bağlı fikirləri yer alıb.