Xəbər lenti
Dəmir yumruq » Siyasət » Sülhməramlılara aid iki yük avtomobilinin aksiya ərazisindən sərbəst keçidinə şərait yaradılıb
Siyasət / 9-01-2023, 15:54

Sülhməramlılara aid iki yük avtomobilinin aksiya ərazisindən sərbəst keçidinə şərait yaradılıb

Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçidi təmin olunur.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara aid iki yük avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.