Laçın-Xankəndi yolunda etiraz aksiyası gün ərzində də davam edib
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası axşam saatlarında da coşqu ilə davam edib.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı mütəmadi olaraq şüarlar səsləndirirlər.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiya artıq 25 gündür davam edir.