Xəbər lenti
Dəmir yumruq » Siyasət » Xankəndi-Laçın yolu: Aksiyada təhlükəsizlik qaydalarına ciddi riayət olunur
Siyasət / 4-01-2023, 16:29

Xankəndi-Laçın yolu: Aksiyada təhlükəsizlik qaydalarına ciddi riayət olunur

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan aksiyanın 24-cü günü gecə saatlarında da sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, fəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən ənənəvi şüarları gecə saatlarında da səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiyada səhər saatlarında olduğu kimi, gecə saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir mənfi təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Aksiya hazırda davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.