Dəmir yumruq » Siyasət » Sülhməramlıların daha 6 avtomobilinin Xankəndidən Laçına maneəsiz gedişi təmin olunub
Siyasət / 3-01-2023, 20:23

Sülhməramlıların daha 6 avtomobilinin Xankəndidən Laçına maneəsiz gedişi təmin olunub

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, yanvarın 3-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin dezinformasiyasından başqa bir şey deyil.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.