Xəbər lenti
Dəmir yumruq » Siyasət » XİN: Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Siyasət / 2-01-2023, 10:11

XİN: Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə BƏƏ arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrin perspektivləri barədə müzakirələr aparıblar. Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə postmünaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb.

Telefon söhbəti əsnasında, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.