Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları Prezident İlham Əliyevin bayram təbrikini izləyiblər
Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini izləmələri üçün böyük monitor quraşdırılıb.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, Prezident İlham Əliyevin təbriki aksiya iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Havanın şaxtalı olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam edir.
Qeyd edək ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.