Sülhməramlılara məxsus daha iki avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib
Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın keçirilməsinə baxmayaraq, sözügedən yol humanitar məqsədlər üçün açıqdır.