Xəbər lenti
Dəmir yumruq » Siyasət » Azad edilmiş ərazilərdə hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri şərait yaradılıb
Siyasət / 30-12-2022, 15:58

Azad edilmiş ərazilərdə hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri şərait yaradılıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyətinin azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Qərargah rəisi bölmələrdə şəxsi heyətin döyüş hazırlığını yoxlayır və hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanır.

Döyüş növbətçiliyinə cəlb olunan heyətlə görüşən general-polkovnik K.Vəliyev ərazidəki mövcud vəziyyətlə də tanış olub. Məruzə edilib ki, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təşkili üçün bütün zəruri şərait yaradılıb.

Hərbi qulluqçularla görüş zamanı onların qayğıları ilə maraqlanan Baş Qərargah rəisi şəxsi heyəti bayramlar münasibətilə təbrik edib və qiymətli hədiyyələr verib.

Sonra Baş Qərargah rəisi idarə heyəti ilə görüşərək bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, xidmət zamanı şəxsi heyətin sayıqlığının gücləndirilməsi ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıb.

Görüşdə 2023-cü il ərzində yerinə yetiriləcək tədbirlər barədə ətraflı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.