Dəmir yumruq » Siyasət » Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər
Siyasət / 24-12-2022, 18:13

Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil edilən dinc aksiya davam edir. Etirazçılar bu saatlarda da plakat qaldırıb, şüarlar səsləndirirlər.

AZƏRTAC-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya fəalları şüarlar səsləndirərək Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Onlar yüksək vətənpərvərlik nümayiş etdirirlər.

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.