Xəbər lenti
Dəmir yumruq » Siyasət » Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə telefon söhbəti barədə paylaşım edib
Siyasət / 23-12-2022, 12:23

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə telefon söhbəti barədə paylaşım edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon söhbəti barədə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev paylaşımında telefon söhbəti əsnasında ikitərəfli əlaqələrin, regional təhlükəsizlik məsələlərinin, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin və sülh müqaviləsi üzrə danışıqların müzakirə edildiyini, Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olmasının vurğulandığını bildirib.

Prezidentin köməkçisi, həmçinin Laçın-Xankəndi yolunun kəsişdiyi ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun ekoloji zərərlərinə qarşı etiraz aksiyası keçirən Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı narahatlığını diqqətə çatdırdığını, Ermənistanın “blokada” ilə bağlı iddialarının əsassız və qara təbliğat olduğunu bildirdiyini qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.