Xəbər lenti
Dəmir yumruq » Siyasət » Stokholmda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad olunub
Siyasət / 11-12-2022, 05:22

Stokholmda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad olunub

Azərbaycanın İsveçdəki səfirliyində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə səfirliyimizin əməkdaşları və bu ölkədə yaşayan diaspor fəallarımız iştirak ediblər.

Səfir Zaur Əhmədov müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi adını tarixə yazan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, dahi rəhbərin uğurlu və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dərin tənəzzüldən çıxıb, inkişaf yoluna qədəm qoyub.

Zaur Əhmədov bildirib ki, Heydər Əliyev dövlətçiliyimizi qorumaqla yanaşı, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yerə çıxmasına da nail oldu. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına aparan davamlı fəaliyyətin də əsasını təşkil edir.

Sonra çıxış edən İsveçdə yaşayan Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideologiyasından və milli təfəkkürün formalaşmasındakı böyük rolundan danışıblar.

Anım mərasimində Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.