Xəbər lenti
Dəmir yumruq » Siyasət » Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri müzakirə olunub
Siyasət / 10-12-2022, 14:58

Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri müzakirə olunub

İndoneziyada Bali Demokratiya Forumunun “Dəyişən dünyadan demokratiya: Liderlik və Həmrəylik” mövzusunda 15-ci sessiyasında və “Əfqanıstanda qadınların təhsili” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Qətər Dövlətinin xarici işlər nazirinin müavini xanım Lulva bint Rəşid Al Xatir ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Qətər arasında əlaqələrin perspektivləri müzakirə olunub. Tərəflər iki dost ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında səmərəli əməkdaşlıq etdiyini vurğulayıblar. Nazir müavinləri qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.