Xəbər lenti
Dəmir yumruq » Siyasət » Azərbaycan XİN İrana nota verib
Siyasət / 3-12-2022, 15:51

Azərbaycan XİN İrana nota verib

Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər ölkəmizin milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin məsələ ilə bağlı sualına cavabında deyib.

O bildirib ki, İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib.

Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.