Xəbər lenti
Dəmir yumruq » Siyasət » Fransada Azərbaycan və Türkiyə səfirlərinin görüşü olub
Siyasət / 2-12-2022, 02:44

Fransada Azərbaycan və Türkiyə səfirlərinin görüşü olub

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın qardaş Türkiyənin bu ölkədəki səfiri Ali Onaner ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə səfirlər iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əlaqələrdən söz açıblar. Regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparan səfirlər Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, bu işlərdə türk şirkətlərinin iştirakı və dəstəyi bir daha xatırlanıb.

Tərəflər Fransadakı səfirliklərimiz arasında əməkdaşlığın prioritet sahələrindən söz açaraq, onun daha da möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.