Dəmir yumruq » Siyasət » XİN də Qazaxıstana başsağlığı verdi
Siyasət / Dün, 13:59

XİN də Qazaxıstana başsağlığı verdi

 

 

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində təlim zamanı qazaxıstanlı hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib. 

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı insan tələfatı ilə nəticələnən faciə bizi dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin anlarda mərhumların ailələrinə səbr və dözüm diləyirik. İtkin düşənlərin sağ-salamat tapılacağına ümid edir, xəsarət alan hərbi qulluqçuya şəfa diləyirik”, - paylaşımda qeyd olunub.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.