Dəmir yumruq » Siyasət » Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir
Siyasət / 8-07-2026, 11:06

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

 

Azərbaycan və İordaniya arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sənəd imzalanıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.
 
Bildirilib ki, sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Səfadi imzalayıblar.
 
Tərəflər Azərbaycan Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş və Azərbaycan Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
 
Qeyd edilib ki, sazişlər insanlar arasında təmasları asanlaşdıracaq, turizm, biznes, iqtisadiyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.